Bu yüksəkliklər bizdədi - RƏSMİ AÇIQLAMA
Erməni mətbuatında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçmiş Talış kəndi ətrafındakı yüksəkliklərin guya düşmən tərəfindən yenidən zəbt edilməsi barədə yayılan xəbərlərin heç bir əsası yoxdur və yalandır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. "Bu cür məlumatların yayılması təlaş içində yaşayan erməni xalqını və mənəvi düşgünlüyə məruz qalmış, döyüş qabiliyyətini itirmiş düşmən ordusunun döyüşmək istəməyən əsgərlərini cüzi də olsa ruhlandırmaq məqsədilə Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən uğursuz və saxta fəaliyyətin nəticəsidir.
Müdafiə Nazirliyi bir daha bildirir ki, Ermənistan tərəfi gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqda davam edib və bu təxribatların qarşısını almaq məcburiyyətində qalan Silahlı Qüvvələrimizin cavab tədbirləri daha sərt olacaqdır", - xəbərdə deyilir.
BAKU.WS
Oxşar xəbərlər
Ordumuz işğaldan azad etdiyi əraziləri möhkəmləndirir (RƏSMİ)
Bütün cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır. Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Erm...