Ordumuz işğaldan azad etdiyi əraziləri möhkəmləndirir (RƏSMİ)
Bütün cəbhə boyu vəziyyət gərgin sabit olaraq qalır.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya Silahlı Qüvvələrimiz tərəfindən ciddi surətdə riayət edilir.
Ordumuzun bölmələri hazırda işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə tədbirləri həyata keçirir.
Ermənistan tərəfinin dünən saat 12.00-dan sonra atəşkəs razılaşmasının Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə dəfə pozulması barədə yaydığı məlumatların da heç bir əsası yoxdur.
Müdafiə Nazirliyi bildirir ki, bu kimi xəbərlərin yayılması erməni tərəfinin atəşkəs rejimini pozmaqla törədəcəyi növbəti təxribatlara zəmin yaratmaq və baş verə biləcək hadisələrə görə məsuliyyəti əvvəlcədən Azərbaycan tərəfinin üzərinə atmaq məqsədi daşıyır.
BAKU.WS
Oxşar xəbərlər
Qarabağa görə təcili iclas çağırıldı
ATƏT-in Minsk Qrupu hazırda Dağlıq Qarabağa görə təcili iclas keçirir. BAKU.WS-in məlumatına görə, Vyanada baş tutan iclasda təmas xəttindəki gərginlik müzaki...