Müdafiə Nazirliyi: Ermənilərin 10 tankı və xeyli sayda canlı qüvvəsi məhv edildi
Yaşayış məntəqələrimizin atəşə tutulması dayandırılmayacağı təqdirdə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verilib.
BAKU.WS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edir.
Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib.
Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ermənilərin bu istiqamətdə fəaliyyətinin qarşısı alınıb. Düşmən tərəfi eyni zamanda qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrimizi və hərbi əhəmiyyət kəsb etməyən mülki obyektləri də intensiv atəşə məruz qoyub.
Müdafiə naziri yaşayış məntəqələrimizin atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə işğal olunmuş ərazilərdəki erməni məntəqələrinə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verib.
BAKU.WS
Oxşar xəbərlər
Müdafiə Nazirliyi ermənilərin itkiləri ilə bağlı xəbər yaydı
Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində guya erməni mülki əhaliyə xəsarət yetirilməsi barədə erməni tərəfinin yaydığı məlumatlar həqiqətə uyğun deyil....