Cəbhədə ağır döyüş gedir: ermənilər itkilərini etiraf etdilər
Ötən gün Azərbaycan Müdafiə Nazirliyinin düşmənin 10-15 canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsi xəbərini təkzib edən erməni tərəfi bu gündən başlayaraq itkilərini etiraf etməyə başlayıb.
BAKU.WS-in məlumatına görə, dünəndən cəbhədə heç bir itki vermədiklərini iddia edən Ermənistan tərəfi bu gün cəbhədə 1997-ci iltəvəllüdlü hərbi qulluqçu Sərkis Ohanyanın qumbara partlamasından öldüyü məlumatını yayıb. Əsgərin ötən gün saat 15:45-də öldüyü bildirilir. Göründüyü kimi erməni tərəfi onsuz da xof içində erməni ictimaiyyətindən itkilərini gizlətməkdən başqa çıxış yolu görmür. Ancaq cidanı çuvalda gizlətmək olmaz. Görünən budur ki, ermənilər yaxın günlər ərzində öz itkilərini etiraf edərək bunu bir-bir mətbuat vasitəsilə ictimaiyyətə təqdim edəcəklər.
Qeyd edək ki, dünən Cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib:
"Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin istənilən təxribat cəhdinin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən dərhal və qətiyyətlə alınacaq".
BAKU.WS
Oxşar xəbərlər
Ağdamda ermənilərə endirilən zərbənin təfərrüatları
Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonu istiqamətində – Ermənistan Ordusunun cəbhənin dərinliyindəki obyektinə vurduğu zərbənin təfərrüatları məlum olub....