Azərbaycan Ordusu raketlərdən istifadə etdi: 4 erməni əsgəri məhv edildi

Azərbaycan Ordusu raketlərdən istifadə etdi: 4 erməni əsgəri məhv edildi
Hadisə 2505

Azərbaycan Silahlı Qüvvələri atəşkəsi pozan ermənilərə cavab atəşi açıblar. BAKU.WS-in məlumatına görə, ermənilər işğal etdikləri Qarabağ torpaqlarından Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutublar. Ermənilərə cavab olaraq Azərbaycan tərəfi raket zərbələrindən istifadə edib. Raket atılması nəticəsində ermənilərin 4 hərbçisi ölüb. Hadisə sentyabrın 25-də saat 17:30-da qeydə alınıb. Azərbaycan Ordusunun Türkiyə istehsalı oaln TR-107 raketlərindən istifadəsi zamanı 1995-ci il təvəllüdlü Xaçatryan Noray, 1995-ci il təvəllüdlü Miktrçyan Robert, 1997-ci il təvəllüdlü Akopyan Artur və 1997-ci il təvəllüdlü Şaqinyan Karen ölüblər. Verilən məlumata görə, bir neçə erməni əsgəri də ağır yaralanıb.

Xatırladaq ki, bir gün əvvəl Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfə xəbərdarlıq etmişdi. Xəbərdarlıqda deyilirdi:

Dövlət sərhədində vəziyyətin gərginləşməsinə və erməni mülki əhalisinə dəyən ziyana görə Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyır.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir. Nazirlikdən bildirilir ki, Ermənistanın bəzi elekton kütləvi informasiya vasitələri cəbhədəki vəziyyət, guya düşmən tərəfindən hansısa postumuzun dağıdılması və Silahlı Qüvvələrimizin itki verməsi ilə bağlı növbəti dəfə yalan məlumat yayıblar.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, bu kimi xəbərlərin heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır. Heç şübhəsiz ki, siyasi və hərbi iflasa uğramış Ermənistan hakimiyyətindəki kriminal rejim tərəfindən təkrarlanan bu kimi informasiyalar ilk növbədə cəbhədəki uğursuzluğa, canlı qüvvə sarıdan verdikləri itkilərə görə erməni ictimaiyyəti qarşısında bəraət qazanmaq, eyni zamanda həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdikləri cinayətləri gizlətmək məqsədi daşıyır.

Silahlı Qüvvələrimizin bölmələri Ermənistanla dövlət sərhədi boyu yerləşən daha üstün və əlverişli yüksəkliklərdəki mövqelərdən düşmənin istənilən hərbi obyektini darmadağın etmək, təmas xəttinin dərinliyində olan yaşayış məntəqələrini, kommunikasiya xətlərini tam nəzarətdə saxlamaq imkanına malikdir.

Erməni tərəfinin, xüsusilə erməni mülki əhalisinin nəzərinə bir daha çatdırmağı vacib sayırıq ki, Azərbaycan əsgəri yalnız mülki əhaliyə atəş açmamaq barədə əmr alıb. Digər hallarda hərəkət edən istənilən hərbi obyekt komandanlığın icazəsi gözlənilmədən məhv ediləcək. Bu səbəbdən də istənilən hərbi məqsədli vasitələrin mülki əhalinin olduğu yaşayış məntəqələrində yerləşdirilməsinə, qarşıdurma nəticəsində dinc sakinlərə vurulan ziyana görə məsuliyyət öz əhalisini məqsədyönlü surətdə girov saxlayan Ermənistan hakimiyyətinin üzərinə düşür.

Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan Ordusu düşmənə zərbələr endirib

Azərbaycan Ordusu düşmənə zərbələr endirib

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xi...

1292 Hadisə 10:58 12 sentyabr 2015

Son xəbərlər