Azərbaycan Ordusu düşmənə zərbələr endirib

Azərbaycan Ordusu düşmənə zərbələr endirib
Hadisə 1292

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ermənistan ordusu bu ölkənin İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən mövqelərini atəşə tutub. İşğalçılar Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Mərzili, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərini atəşə məruz qoyublar. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 137 atəş zərbəsi endirib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan Silahlı Qüvvələri ermənilərə zərbələr vurdu

Azərbaycan Silahlı Qüvvələri ermənilərə zərbələr vurdu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə...

2184 Hadisə 10:06 08 sentyabr 2015

Son xəbərlər