Azərbaycan Silahlı Qüvvələri ermənilərə zərbələr vurdu

Azərbaycan Silahlı Qüvvələri ermənilərə zərbələr vurdu
Hadisə 2184

  Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub. Müdafiə Nazirliyindən BAKU.WS-ə bildirilir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.   Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Sarıcalı, Kəngərli, Şıxlar, Mərzili, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.   Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 130 atəş zərbəsi endirib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Ordumuz erməni səngərlərinə mərmi yağdırdı

Ordumuz erməni səngərlərinə mərmi yağdırdı

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sut...

1532 Hadisə 10:24 03 sentyabr 2015

Son xəbərlər