"SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 197 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayında bildirilir.
Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə 10 milyon ABŞ dolları və yaxud 4,8 % azdır.
9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?
Bu il Azərbaycanda iqtisadi artımın 1.3, gələn il isə 2.3 faiz olacağı gözlənilir. BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının...