Bakıda "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "PATA Hosted Buyers Summit Baku 2026" tədbiri keçirilir.
BAKU.WS xəbər verir ki, tədbirdə Asiyanın turizm bazarlarını təmsil edən şirkətlərin nümayəndələri ilə Azərbaycanın turizm sənayesi təmsilçiləri arasında görüşlər təşkil olunur.
Dövlət Turizm Agentliyi, tabeliyindəki Azərbaycan Turizm Bürosu (ATB) və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin məqsədi Azərbaycan ilə Asiyanın əsas turizm bazarları arasında əlaqələrin genişləndirilməsi və ölkənin turizm imkanlarının beynəlxalq səyahət peşəkarlarına təqdim edilməsidir.
Sammit çərçivəsində Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan 50 turizm peşəkarının iştirakı ilə yerli turizm şirkətləri arasında B2B görüşlər keçiriləcək. Görüşlər zamanı əməkdaşlıq imkanlarının müzakirəsi və yeni işgüzar əlaqələrin qurulması nəzərdə tutulub.
Tədbir o 24-30 oktyabr tarixlərində təşkil olunacaq tanışlıq səfərinin proqramına daxildir. Səfər çərçivəsində iştirakçılar Bakı, Şamaxı, Qəbələ, Şəki və Qaxda olacaq, Azərbaycanın tarixi-mədəni irsi, təbii resursları, qonaqpərvərlik ənənələri və turizm infrastrukturu ilə tanış olacaq.
Proqram zamanı Azərbaycanın İpək Yolu irsi, dağ və təbiət turizmi, işgüzar (MICE) turizm, "Umrah Plus" proqramları və fərdiləşdirilmiş səyahət imkanları təqdim ediləcək. Həmçinin Azərbaycanın qonşu ölkələrlə birlikdə çoxölkəli Qafqaz turizm marşrutlarına daxil edilməsi imkanları müzakirəyə çıxarılacaq.
Məlumat üçün bildirək ki, "PATA Hosted Buyers Summit Baku 2026" yerli turizm şirkətlərinin Asiya bazarlarını təmsil edən peşəkarlarla birbaşa əlaqələr qurmasına, əməkdaşlıq imkanlarını genişləndirməsinə və Azərbaycan turizm məhsullarının beynəlxalq səyahət proqramlarında təşviqinə xidmət edir.
Oxşar xəbərlər
Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir"
"PATA ilə tərəfdaşlığımız Asiya-Sakit okean regionu ilə daha sıx əlaqələrin qurulmasına sadiqliyimizi nümayiş etdirir". BAKU.WS xəbər verir ki, bu sözləri "PAT...