Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir"

Fuad Nağıyev: PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir
İqtisadiyyat 29

"PATA ilə tərəfdaşlığımız Asiya-Sakit okean regionu ilə daha sıx əlaqələrin qurulmasına sadiqliyimizi nümayiş etdirir".

BAKU.WS xəbər verir ki, bu sözləri "PATA Hosted Buyers Summit Baku 2026" tədbirində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O vurğulayıb ki, 2019-cu ildə bu tərəfdaşlığa qoşulub və o vaxtdan etibarən Dövlət Turizm Agentliyi bu assosiasiya ilə sıx əməkdaşlıq edir, qarşılıqlı faydalı imkanların yaranmasına töhfə verir:

"Asiya-Sakit okean regionu turizm baxımından ən dinamik inkişaf edən regionlardan biridir. Bu regionun ölkələri ilə əlaqələrin gücləndirilməsi turizmin inkişafı üçün yeni perspektivlər aça və bütün tərəflər üçün uzunmüddətli faydalar təmin edə bilər. Bu baxımdan, PATA regionla əlaqələrin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolunu oynayır".

Fuad Nağıyev onu da qeyd edib ki, PATA ilə tərəfdaşlıq təşkilatın əsas tədbirlərində fəal iştirakla da öz əksini tapır:

"Son illərdə Azərbaycan nümayəndə heyətləri Makao, İstanbul və Koreya Respublikasında keçirilən PATA illik sammitlərində iştirak ediblər.

Bundan əlavə, Banqkok və Kuçinq şəhərlərində təşkil olunan "PATA Travel Mart" sərgilərində Azərbaycanın turizm potensialı vahid milli stend vasitəsilə təqdim edilib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər