14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi

14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Hadisə 92

Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

Onun sözlərinə görə, qızın anası yenidən ailə qurduqdan və evdə körpə dünyaya gəldikdən sonra yeniyetməyə münasibət pisləşib. İddialara əsasən, qız mütəmadi olaraq fiziki və psixoloji zorakılığa məruz qalıb.

Vəziyyətdən narahat olan bibiləri uşağı qorumaq üçün dəfələrlə müdaxilə etməyə çalışıblar. Lakin nəticə əldə olunmadığından aidiyyəti dövlət qurumlarına müraciət ediblər. Araşdırmadan sonra qız anasının yanından götürülərək sığınacağa yerləşdirilib.

Mehriban Zeynalova bildirib ki, sığınacağa gətirildikdən sonra da qız təhdidlərlə üzləşib və qorxu içində yaşamağa davam edib. O, indiyədək məktəbə getməyib. Hazırda isə sığınacaqda əlifbanı öyrənir və təhsilə başlayır.

Yaşadığı çətinliklərə baxmayaraq, 14 yaşlı qızın gülümsəməyi unutmadığı qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar

Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar

Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...

211 Hadisə 12:55 29 oktyabr 2026

Son xəbərlər