Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Bu il Azərbaycanda iqtisadi artımın 1.3, gələn il isə 2.3 faiz olacağı gözlənilir.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, bu il qeyri-neft ÜDM 2.8% və gələn il isə 4.3% olacağı proqnozlaşdırılır:
"9 ayda iqtisadi artım 1.5% olub. Sentyabrın sonuna olan rəqəmlərə əsasən, qeyri-neft ÜDM-in artımı isə 2.6 % təşkil edib. Qeyri-neft ÜDM-in artımına əsas töhfə verən sahələr sırasında turizm, ticarət, rabitə və digər sektorlar yer alır. Bizim proqnozlarımız nikbindir. Xüsusilə bu il üçün proqnozlar yuxarı doğru reviziya olunub".
Oxşar xəbərlər
AMB: Bu il 1 barel neftin qiyməti 92,8 dollar olacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) bu il 1 barel neftin qiymətinin 92,8 ABŞ dolları olacağını proqnozlaşdırır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu AMB-...