Müdafiə Nazirliyi: "Ermənilərə zərbə endirməyə davam edəcəyik"

Müdafiə Nazirliyi: Ermənilərə zərbə endirməyə davam edəcəyik
Siyasət 1423

"Hazırda cəbhə xəttində tam sakitlikdir”.

Bu barədə ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib. Onun sözlərinə görə, axşam saatlarından mülki əhalinin yaşadığı əraziləri atəşə tutan qarşı tərəfin mövqeləri və səngərlərinə endirilən cavab zərbələri nəticəsində cəbhədə sakitlik yaranıb.

Atəşkəsin pozulması nəticəsində Silahlı Qüvvələrin şəxsi heyəti arasında heç bir itki olmayıb.

Polkovnik Dərgahlı Ermənistan mətbuatının Azərbaycan tərəfinin ağır altilleriyadan zərbə endirməsinə də münasibət bildirib: "Nə qədər ki, Ermənistan tərəfi mülki əhalinin yaşayış məntəqələrini atəşə tutmağa davam edəcək, Azərbaycan ordusu da onlara müvafiq texnikalardan zərbə endirəcək. Bizim cavab tədbirlərimiz yanlız onların atəş zərbələrinədir".  

BAKU.WS

Son xəbərlər