Cəbhədə son durum: Döyüşlər yenidən başladı
Cəbhə bölgəsində düşmənlə təmas xəttində vəziyyət yenidən gərginləşib.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib.
Qurum rəsmisi bildirib ki, dünən gecə saatlarında təmas xəttində vəziyyət yenidən gərginləşib. Bu gün səhər vəziyyət nisbətən sabitləşsə də, düşmən tərəf yenidən ağır artilleriyalardan cəbhə boyu mövqelərimizi, xüsusən də Ağdərə, Xocavənd, Ağdam və Tərtər rayonlarındakı yaşayış məntəqələrini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab atəşi endirir.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar olub.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.
BAKU.WS
Oxşar xəbərlər
Ermənistan mülki şəxsləri hədəf alıb: gərginlik davam edir
Ermənilər Fizuli və Tərtər rayonlarındakı yaşayış məntəqələrimizi, eləcə də hərbi mövqelərimizi minomyotlardan atəşə tuturlar. BAKU.WS-in məlumatına görə, bun...