Ermənistan mülki şəxsləri hədəf alıb: gərginlik davam edir

Ermənistan mülki şəxsləri hədəf alıb: gərginlik davam edir
Siyasət 1534

  

Ermənilər Fizuli və Tərtər rayonlarındakı yaşayış məntəqələrimizi, eləcə də hərbi mövqelərimizi minomyotlardan atəşə tuturlar.

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Onun sözlərinə görə, Azərbaycan hərbçiləri onların həmlələrini cavab atəşi ilə susdururlar. V. Dərgahlı onu da bildirib ki, gərginlik bütün cəbhə boyu qalmaqdadır.

Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.

Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

 

Virtualaz.org 

BAKU.WS

Oxşar xəbərlər

Qarabağdan son xəbər: 3 istiqamətdə döyüş gedir (RƏSMİ)

Qarabağdan son xəbər: 3 istiqamətdə döyüş gedir (RƏSMİ)

Cəbhədə vəziyyət yenidən gərginləşib. Belə ki, atəşkəs yenidən pozulub. Bunu Trend-ə Müdafi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. Onu...

5489 Hadisə 20:59 03 aprel 2016

Son xəbərlər