Nazirlikdən diversiya əməliyyatları barədə AÇIQLAMA

Nazirlikdən diversiya əməliyyatları barədə AÇIQLAMA
Hadisə 2206
 

"Düşmən tərəfi son döyüş əməliyyatları zamanı çoxsaylı itkilərinin bir qismini açıqladıqdan sonra Ermənistan ictimaiyyəti qorxu və vahimə içindədir".

BAKU.WS xəbər verir ki, Müdafiə Nazirliyi qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinə məxsus diversiya qrupunun guya qarşı tərəfə keçməsi barədə Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib.

"Odur ki, Ermənistan kriminal hərbi-siyasi rejimi digər meyitləri aşkara çıxarmaq üçün Azərbaycan ordusunun guya hər gün diversiya əməliyyatları keçirməsi barədə məlumatları hələ uzun müddət verəcək və ölülər barədə xəbər yayacaq. Uğursuzluqlarını ört-basdır etmək üçün onların belə bəhanələrdən başqa çıxış yolu yoxdur”.

Erməni mətbuatında Azərbaycanın bu gecə kəşfiyyat hücumuna cəhd etməsi barədə iddialar yer alıb. 

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda Qarabağda son münaqişə zamanı 92 nəfərin həlak olduğunu bildirib."2-5 aprel Dağlıq Qarabağda döyüşlər zamanı təmas xəttində 64 hərbi qulluqçu və 13 könüllü həlak olub". Lakin bu rəqəmlər həqiqəti əks etdirmir. Belə ki, bir neçə gün öncə erməni əsgərlərin səs yazıları yayılmışdı. Bu yazılarda ermənilər bir hərbi hissədən 100-dən artıq ölüləri olduqlarını özləri etiraf edirdilər. 

BAKU.WS

Son xəbərlər