Nazirlik erməni meyitlərinin təhqir edilməsi iddiasına cavab verdi
Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin erməni əsgərlərinin meyitlərini təhqir etməsi barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir.
BAKU.WS ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Ermənistan tərəfi belə bəyanatlarla dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsində yanlış tərəfə yönəltməyə, özlərinə haqq qazandırmağa və azərbaycanlıları vəhşilikdə ittiham etməyə çalışır. Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, erməni əsgərlərin meyitləri üzərində heç bir işgəncə və təhqiramiz hərəkət olmayıb", - məlumatda qeyd olunur.
MN həmçinin bildirir ki, ölənlərin və onların ailələrinə qarşı humanist düşüncələrə görə və onların emosional vəziyyətini nəzərə alaraq erməni tərəfinin azərbaycanlı hərbçilərinin meyitləri üzərində müxtəlif təhqiramiz hərəkətlərə yol verməsi faktlarını bəyan etmədik:
"Azərbaycan əsgərləri heç vaxt ermənilərin etdikləri vəhşilikləri edə bilməzlər. Erməni tərəfi belə bəyanatlar yaymaqla Azərbaycanı dünya ictimaiyyətinə vəhşi kimi təqdim etmək niyyəti güdür".
BAKU.WS
Oxşar xəbərlər
Ermənilərin itkiləri barədə YENİ AÇIQLAMA
Ermənistan Azərbaycan qoşunları ilə təmas xəttində baş verən toqquşmalar zamanı ölən erməni əsgərlərin sayının bir hissəsini də açıqlayıb. ANS PRESS-in Rusiyan...