Azərbaycan PUA-sı Xankəndi səmasında - RƏSMİ AÇIQLAMA

Azərbaycan PUA-sı Xankəndi səmasında - RƏSMİ AÇIQLAMA
Siyasət 1998
 

Bu gün bir sıra erməni KİV-lərində Azərbaycana məxsus PUA-nın ermənilər tərəfindən vurulması barədə məlumatlar yayılıb.

BAKU.WS-in məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, erməni KİV-ləri dezinformasiyalar yaymaqla məşğuldur. Məlumatda deyilir ki, Ermənistan mətbuatının guya Xankəndi şəhəri üzərində Azərbaycana məxsus PUA-nın vurulması məsələsinə dair sorğuya Müdafiə Nazirliyi mətbuat xidmətindən cavab olaraq bildiriblər ki, artıq düşmən tərəf o qədər qorxu və səksəkə içindədir ki, hər yerdə özünə qarşı bir təhlükə olacağını hiss edir.

Bundan əvvəl Azərbaycanın xüsusi təyinatlıları, döyüş təyyarələri və digər vasitələrini dörd bir yanda görən ermənilər indi də pilotsuz uçuş aparatlarımızın xəyali ərazilərdə uçuşları barədə vahimə saçan bəyanatlar verirlər.

Hər hansı beynəlxalq nümayəndə heyəti Xankəndinə gələndə erməni tərəfi istisna deyil ki, məhz bu cür fırıldağa əl ataraq istifadəyə yararsız, "vurduqları" PUA-nın guya Azərbaycana məxsusluğunu iddia etməklə bədbəxt görkəm alaraq, göz yaşı içində onlardan imdad diləyirlər.

Erməni tərəfi bu cür yalan və əsassız məlumatları yaymaqla beynəlxalq təşkilatların nümayəndələrini, dünya ictimaiyyətini çaşdıraraq törətmək istədikləri təxribatlara zəmin yaratmaq məqsədi güdürlər.

BAKU.WS

Son xəbərlər