Jirinovski rusları Türkiyəyə səslədi
"Türkiyəylə münasibətlər bərpa edilməlidir". ANS PRESS-in məlumatına görə, bunu Rusiyanın qalmaqallı siyasətçisi, Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski bildirib. Onun sözlərinə görə, türk tərəfi vurulmuş təyyarə üçün kompensasiya ödəməlidir.
"Türkiyəni bağışlamaq lazımdır, qonşudur, Avropa və amerikalılara nifrət edir. Əgər biz cənubu özümüzə doğru çəkməyə çalışsaq - Türkiyə, İran, Suriya və başqalarını, onda ümumiyyətlə bəşəriyyətdə problemlər olmayacaq", - deyə Jirinovski bildirib.
Siyasətçinin fikrincə, gələcəkdə əməkdaşlığın yenilənməsi mümkündür, xüsusən turizm sahəsində.
"Biz hamısını qaytarırıq, Krasnodar, Krım, Kuban - bunlar bizə azdır. Qoy sakitcə getsinlər, apreldən oktyabra dörd-beş milyon Türkiyədə dincələcəklər. Bizə sərfəlidir ki, türklər bizə hörmət etsinlər və sevsinlər, həmçinin də biz özümüz".
Bir neçə gün öncə Vladimir Jirinovski Moskva və Ankara arasında münasibətlərin düzəlməsi üçün vasitəçi olmaq istədiyini bildirmişdi. ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatına müsahibə verən Jirinovski bildirib ki, iki ölkəni barışdıra bilsə, qürur hissi keçirəcək.
Rusiya və Türkiyə arasında münasibətlərin normallaşması üçün ilk addımlar atılır. ANS PRESS-in məlumatına görə, ötən gün R.T.Ərdoğan V.Putinə məktub yazıb və təyyarə insidentinə görə təssüfləndiyini deyib. Bundan sonra baş nazir Binali Yıldırım lazım gələrsə ötən ilin noyabrında vurulan qırıcıya görə kompensasiya da ödənilə biləcəyini deyib.
BAKU.WS
Oxşar xəbərlər
Jirinovski: “Qarabağda Rusiya bayrağı dalğalanmasa, sülh olmayacaq”
Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Moskvada keçirilən 1 May mitinqində növbəti dəfə Ermənistan- Azərbaycan münaqişəsinə və Q...