Jirinovski: "İstanbula atom bombası atmaq lazımdır"

Jirinovski: İstanbula atom bombası atmaq lazımdır
Siyasət 2045

 

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski Türkiyəni atom bombası ilə vurmağı təklif edib.

BAKU.WS-in məlumatına görə, Jrinovski son günlər gərginləşən Türkiyə-Rusiya münasibətlərini şərh edərkən belə bir fikirlə çıxış edib. O bildirib ki, İstanbulu məhv etmək çox asandır: "Bu şəhərə bir nüvə bombası kifayətdir. Bu zaman qorxunc daşqın olacaq, dəniz səviyyəsi 10-15 metr qalxacaq və şəhərlər olmayacaq", - deyə liberal-demokrat izah edir.

Partiya rəhbərinin fikrincə, hazırda Türkiyə Rusiya üçün bir nömrəli düşməndir. Siyasətçi həmçinin hesab edir ki, indi Türkiyə rəhbərliyinarahatdır. Onlar bilmirlər ki, nələ olacaq. Mən indi onların yerində olsaydım Türkiyəni vuracaq dağıdıcı zərbələrdən qorxardım. Prezidentin bir səfeh hərəkəti nəticəsində ölkəsi ümumiyyətlə olmaya bilər", - deyə Jirinovski əlavə edib.

Xatırladaq ki, üç gün öncə Türkiyə F-16-ı hava məkanını pozan Rusiya SU-24 hərbi təyyarəsini vurub. Bu hadisədən sonra Rusiya-Türkiyə arasında münasibətlər gərginləşib.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər