Rusiyadan müharibə bəyanatı: "Bütün hədəflər məhv ediləcək"
"Rusiya Türkiyəylə hərbi əlaqələrini dayandıracaq və Suriyada təhlükəsizlik tədbirlərini daha da gücləndirəcək".
BAKU.WS-in məlumatına görə, bu açıqlama Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd edilir. Rusiya Suriyada İŞİD mövqelərinə zərbələr endirən bombardmançı təyyarələri bundan sonra qırıcıların müşayiət edəcəyini bildirib: "Moskva" kreyseri hərbi əməliyyatlara əlavə dəstək göstərəcək. Hərbi Hava Qüvvələrinin təyyarələri Latakiyanın sahilboyu hissəsindən qalxacaq və hava hücumuna qarşı müdafiə olunaraq lazımi hədəfləri vuracaq. Xəbərdarlıq edərək bildiririk ki, bizim üçün potensial təhlükə yaradan bütün hədəflər məhv ediləcək", — deyə Rusiya Baş qərargahından bildirilib.
Xatırladaq ki, dünən səhər saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus olduğu iddia edilən SU-24 qırıcı təyyarəsi Türkiyə ilə sərhəddə vurulub. Türkiyəyə məxsus F-16-lar ölkənin hava məkanını pozan hərbi təyyarəni Suriya sərhədindəki Kızıldağ bölgəsində vurub.
Rusiya döyüş təyyarələri bir müddətdir ki, türkmənləri də hədəf alan hava hücumları təşkil edir. Rusiya bölgədə daha çox Su-30 və Su-24 tipli təyyarələr istifadə edir. Bu təyyarələr nisbətən köhnə olan Miq-23-lərlə müqayisədə daha inkişaf etmiş texnologiyalarla təchiz edilib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Xüsusi təyinatlılar ikinci rus pilotu ərazidən çıxardı
Türkiyənin vurduğu Rusiya Su-24 hərbi təyyarəsinin ikinci pilotu Suriya hərbçiləri tərəfindən təxliyyə edilib. BAKU.WS-in məlumatına görə, pilotla əlaqə 6 saa...