Xüsusi təyinatlılar ikinci rus pilotu ərazidən çıxardı
Türkiyənin vurduğu Rusiya Su-24 hərbi təyyarəsinin ikinci pilotu Suriya hərbçiləri tərəfindən təxliyyə edilib.
BAKU.WS-in məlumatına görə, pilotla əlaqə 6 saat axtarışdan sonra bərpa edilib. Əsəd rejiminin qüvvələri iki saat əməliyyatdan sonra rus pilotu bölgədən çıxara bilib. Rus pilot hazırda Xmeymim təyyarə bazasında təhlükəsiz şəraitdə saxlanılır.
Ancaq hələlik rus pilotun təxliyyə edilməsi ilə bağlı heç bir rəsmi məlumat yayılmayıb.
Xatırladaq ki, dünən səhər saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus olduğu iddia edilən SU-24 qırıcı təyyarəsi Türkiyə ilə sərhəddə vurulub. Türkiyəyə məxsus F-16-lar ölkənin hava məkanını pozan hərbi təyyarəni Suriya sərhədindəki Kızıldağ bölgəsində vurub.
Rusiya döyüş təyyarələri bir müddətdir ki, türkmənləri də hədəf alan hava hücumları təşkil edir. Rusiya bölgədə daha çox Su-30 və Su-24 tipli təyyarələr istifadə edir. Bu təyyarələr nisbətən köhnə olan Miq-23-lərlə müqayisədə daha inkişaf etmiş texnologiyalarla təchiz edilib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Putin: "Bu bizə arxadan zərbədir"
Rusiya prezidenti Türkiyə-Suriya sərhəddində vurulan hərbi təyyarə ilə bağlı açıqlama verib. BAKU.WS-in məlumatına görə, Putin Türkiyəni terrorçulara dəstək v...