Türkiyə sərhəddə vurulan təyyarə ilə bağlı yaydığı məlumatı dəyişdirdi (FOTO)
Türkiyə Prezident Administrasiyası Suriya ilə sərhəddə vurulan təyyarə ilə bağlı açıqlamasında düzəliş edib.
BAKU.WS-in məlumatına görə, ilk rəsmi açıqlamada konkret olaraq rus qırıcılarının vurulduğu bildirilirdi. Ancaq sonradan açıqlanan ikinci rəsmi məlumatda təyyarənin "Rus təyyarəsi olduğu güman edilir" deyə qeyd edilib.
Anadolu Agentliyi vurulan təyyarə ilə əlaqədar rəsmi mənbələrə istinadla iki fərqli məlumat yayaraq çaşqınlıq yaradıb. Son məlumatlara görə, təyyarənin hansı ölkəyə məxsus olması ilə bağlı araşdırma aparılır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Suriya sərhədində vurulan hərbi təyyarə ilə bağlı hadisələri yaxından izləyir. Yüksəkvəzifəli rəsmilərlə görüşən prezident Ərdoğan məsələni baş nazir Əhməd Davudoğlu ilə də görüşəcək.
Xatırladaq ki, bu gün Rusiya Hərbi Hava Qüvvələrinə məxsus olduğu iddia edilən SU-24 qırıcı təyyarəsi Türkiyə ilə sərhəddə vurulub. Türkiyəyə məxsus F-16-ların hava məkanını pozan hərbi təyyarəni Suriya sərhədindəki Kızıldağ bölgəsində vurub.
Rusiya döyüş təyyarələri bir müddətdir ki, türkmənləri də hədəf alan hava hücumları təşkil edir. Rusiya bölgədə daha çox Su-30 və Su-24 tipli təyyarələr istifadə edir. Bu təyyarələr nisbətən köhnə olan Miq-23-lərlə müqayisədə daha inkişaf etmiş texnologiyalarla təchiz edilib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Pilotu xilas etmək istəyən rus xüsusi təyinatlılar da vuruldu (ŞOK İDDİA)
Suriya-Türkiyə sərhədində baş verən son hadisələrlə bağlı şok iddia ortaya atılıb. BAKU.WS-in məlumatına görə, Türkiyə hava məkanını pozan Rusiya təyyarəsi tü...