Türkiyə Suriya ilə sərhəddə naməlum uçan obyekti vurdu
Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı sərhəddə uçan aparat vurduqlarını açıqlayıb.
BAKU.WS-in məlumatına görə, Baş Qərargah 3 dəfə xəbərdarlıq edildiyini qeyd edib. Vurulan vasitənin pilotsuz uçan aparat (PUA) olduğu məlub:
"Türkiyə qırıcıları Suriya sərhəddində uçan və hansı ölkəyə aid olduğu hələlik müəyyən edilməyən PUA-nı qaydalara uyğun olaraq atəş açaraq zərərsizləşdirib. Kilis yaxınlığında sərhədin sıfır nöqtəsindəki hadisə yerli vaxtla saat 12:30-da baş verib. Suriya sərhəddində uçan və hansı ölkəyə aid olduğu bilinməyən PUA düşməsindən sonra bölgəyə çox sayda əsgər cəlb edilib".
Qərargahdan bildirilir ki, əsgərlər bölgədə nəzarəti ələ keçirib və bir neçə komandir hərbi vertolyotla sərhəd xəttinə gəlib. Araşdırma aparılan əraziyə vətəndaşların yaxınlaşmasına icazə verilmir.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə əsgərləri Ermənistana gedir
Türkiyə beynəlxalq bir razılaşmaya uyğun olaraq Ermənistana əsgər göndərəcək. BAKU.WS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Baş qərargahının yaydığı mə...