Türk dövlətləri hərbi təşkilat yaradır
Türkiyə, Azərbaycan və Qazaxıstanın birgə hərbi təşkilat yaratması istiqamətində iş aparılır.
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar söyləyib. Ordu generalı indiyədək Azərbaycanın 7 min 67 hərbçisinin Türkiyə Silahlı Qüvvələrində təlim gördüyünü, 200-dən çox personalın isə hələ də təlim görməkdə davam etdiyini bildirib.
Qeyd edək ki, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 5-də Azərbaycana rəsmi səfərə gəlib.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı H.Akarın rəsmi səfəri oktyabrın 7-dək davam edəcək.
Azad Əliyev
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan ordusu böyük təlimə başladı
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təsdiq etdiyi Silahlı Qüvvələrin hazırlığı planına əsasən, oktyabrın 5-dən Naxçıvanda Əla...