Türk hərbi təyyarələri Azərbaycan səmasında (FOTO)

Türk hərbi təyyarələri Azərbaycan səmasında (FOTO)
Hadisə 1479

 

"TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin mühəndis-texniki heyəti Azərbaycandadır.

BAKU.WS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə iştirakı ilə "TurAz Qartalı - 2015” taktiki təlimlərində iştirak etmək məqsədilə türkiyəli mühəndis-texniklərdən ibarət geniş tərkibdə heyət ölkəmizə gəlib.

Hazırda birgə təlimlərin aktiv fazasının keçirilməsinə hazırlıq məqsədilə heyətlərin toplanması, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar fəaliyyətlər həyata keçirilir.

Qeyd edək ki, birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edəcəklər.

Təlimlər sentyabrın 18-dək davam edəcək.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Cəbhədə ermənilərə zərbə vurduq: 5 ölü, 8 yaralı

Cəbhədə ermənilərə zərbə vurduq: 5 ölü, 8 yaralı

Avqustun 22-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs haqqında razılaşmanı növbəti dəfə xaincəsinə pozaraq Azərbaycan Silahlı Qüvvə...

2809 Hadisə 10:40 24 avqust 2015

Son xəbərlər