Türkiyə əsgərləri Ermənistana gedir
Türkiyə beynəlxalq bir razılaşmaya uyğun olaraq Ermənistana əsgər göndərəcək.
BAKU.WS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Baş qərargahının yaydığı məlumatda qeyd edilir ki, türk əsgərlər Ermənistana Avropada adi silahların məhdudlaşdırılması müqaviləsi (AKKA) çərçivəsində gedəcək.
Türkiyə əsgərləri Ermənistanda üç gün qalacaq. AKKA Türkiyə liderliyində 11-14 oktyabr tarixlərində Ermənistanda nəzarət həyata keçiriləcək. Türkiyə ilə yanaşı Slovakiyadan da əsgərlər əməliyyatda iştirak edəcək. Türk əsgərlər vəzifəsini yerinə yetirdikdən sonra 14 oktyabr tarixində ölkəyə qayıdacaq.
Qeyd edək ki, Türkiyə, Yunanıstan, Norveç, Bolqarıstan və Rumıniya kimi ölkələr AKKA-ya daxildir. "Avropada adi silahlı qüvvələrin məhdudlaşdırılması haqqında" müqavilə 1990-cı ilin noyabrın 19-da Parisdə imzalanıb və 1992-ci il noyabrın 9-da qüvvəyə minib. Postsovet məkanı ölkələri arasında Rusiya bu anlaşmanı 1992-ci ildə ratifikasiya etsə də, müqaviləyə əməl etməyib. Latviya, Litva və Estoniya isə ümumiyyətlə, AASMM-ə qoşulmayıblar.
AASMM-in şərtlərinə görə, Atlantik Okeanından tutmuş, Ural dağları və Xəzər dənizi sahillərinədək sənədi imzalamış üzv dövlətlərin silahlı qüvvələrində 40 min tank, 60 min zirehli maşın, 40 min artrilleriya mərmisi (100 mm və daha böyük çaplı), 13600 döyüş təyyarəsi və 4 min döyüş vertolyotu ola bilər.
Sənəd üzv dövlətlərin silahlı qüvvələrindəki hərbi texnika və silahların sayını məhdudlaşdırmaqla yanaşı, sayı artıq olan texnikanın azaldılma mexanizmlərini də göstərir.
ŞAHİN Həbibov
Oxşar xəbərlər
Türk dövlətləri hərbi təşkilat yaradır
Türkiyə, Azərbaycan və Qazaxıstanın birgə hərbi təşkilat yaratması istiqamətində iş aparılır. BAKU.WS-in məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan...