Türkiyə hər Azərbaycan təyyarəsinə görə 6 min dollar ödəyəcək
Türkiyə turist sayındakı azalmanın qarşını almaq üçün yeni kampaniyaya başlayıb.
BAKU.WS-in məlumatına görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi turist axının azalmasının qarşısını almaq üçün 13 ölkədən turist gətirən agentliklərə yardım edəcək. Türkiyə hər təyyarəya görə 6 min dollarlıq yardım edəcək.
Rusiyada baş verən və bütün bölgəni təsiri altına alan iqtisadi böhranın turizmə verdiyi itkilərin azaldılması üçün atılan bu addım böyük marağa səbəb olub. Nazirlik, uçuş və bronların ləğvinin kəskin artımından sonra bu cür addım atmağa məcbur qalıb.
Türkiyənin yardım edəcəyi ölkələr arasında Azərbaycan, Moldova, Belarus, Özbəkistan, Ermənistan, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və İranın adı qeyd edilib.
Yardımlar Antaliya Gazipaşa-Alanya, Antalya, Muğla Dalaman, Muğla Milas-Bodrum və İzmir Adnan Menderes hava limanlarına edilən səfərlərə görə veriləcək. Hər təyyarəyə görə, 6 min dollar məbləğində ödəniləcək yardım 30 noyabr tarixində başa çatacaq.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Putindən dollar və avroya qarşı yeni pul vahidi
Rusiya prezidenti Vladimir Putin dollar və avroya rəqib yeni bir pul vahidi təklif edib. BAKU.WS-in məlumatına görə, MDB ölkələri arasında istifadə olunması ü...