2040-cı il üçün Azərbaycanla bağlı qorxulu proqnoz (XƏRİTƏ)
Dünya Təbii Sərvətləri İnstitutu alimlərinin araşdırmalarına görə, 2040-cı ildə dünyanın bir sıra ölkələrində içməli su tükənəcək.
BAKU.WS-in məlumatına görə, alimlərin 167 ölkə ərazisində apardıqları elmi araşdırmalar nəticəsində məlum olub ki, 20 il ərzində 33 dövlətin içməli suyu tükənəcək. Aparılan araşdırmalara görə, ən tez su ehtiyatı tükənən dövlət Bəhreyn olacaq. İçməli su ehtiyatının azlığına görə, Azərbaycan dünya ölkələri arasında 18-ci yeri tutur. Qonşu Türkiyə isə su ehtiyatının azlığına görə 27-ci yerdədir. Alimlər açıqlamalarında bildiriblər ki, 2040-cı ildən sonra qeyd edilən 33 ölkədə içməli su azalacaq və illər keçdikcə həmin ərazilərdə su tamam yox olacaq. Ermənistan bu siyahıda 22-ci, İran isə 13-cü yerdədir.
BAKU.WS içməli su ehtiyatı tökənəcək ölkələrin siyahısını təqdim edir. 1. Bəhreyn
2. Küveyt
3. Qətər
4. San-Marino
5. Sinqapur
6. Birləşmiş Ərəb Əmirlikləri 7. Fələstin 8. İsrail 9. Səudiyyə Ərəbistanı 10. Oman 11. Livan 12. Qırğızıstan 13. İran 14. İordaniya 15. Liviya 16. Yəmən 17.Makedoniya 18. Azərbaycan 19. Mərakeş 20. Qazaxıstan 21. İraq 22. Ermənistan 23. Pakistan 24. Çili 25. Suriya 26. Türkmənistan 27. Türkiyə 28. Yunanıstan 29. Özbəkistan 30. Əlcəzair 31. Əfqanıstan 32. İspaniya 33. Tunis
Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Misir Mərdanov beynəlxalq tədbirdə (FOTO)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və Bakı Dövlət Universiteti (BDU) Tətbiqi Riyaziyyat İnstitutunun (TRİ) təşkilatçılığı ilə Bakı şəhərində C...