Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı azaldı
Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı azalıb.
BAKU.WS-in məlumatına görə, bu barədə "Aktobe" şirkətinin ilin ilk 7 aylıq dövrünü əhatə edən hesabatında qeyd edilib. Türkiyənin əcnəbi ziyaretçilərinin sayını açıqlayan şirkət turistlərin 0,38% azalaraq 20 milyon 452 mindən 20 milyon 375 minə gerilədiyini bildirib.
Hesabata görə, yanvar- iyul ayları arasında Almaniyadan gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% artaraq 2 milyon 908 minə yüksəlib. Rusiyadan gələn turistlərin sayı isə 21,5% azalaraq 2,1 milyon səviyyəsinə enib. İyul ayının sonuna olan məlumatlara görə, Rusiya bazarındakı turist itkisi Türkiyə daxilində 589 minə çatıb. Ümumilikdə Rusiyadan son 8 ayda gələnlərin sayının ötən illə müqayisədə 600 minə yaxın azaldığı bildirilir.
İyul ayının sonuna olan statistikaya görə, üçüncü sıradakı İngiltərədən 0,90%-lik enişlə 1 milyon 371 min, dördüncü sıradakı Gürcüstandan yüzdə 4%-lik artımla 1 milyon 26 min turist gəlib. Bununla yanaşı, İrandan 1 milyon 20 min, Bolqarıstandan 1 milyon, Hollandiyadan 760 min, İraqdan 544 min, Fransadan 502 min, ABŞ-dan 452 min turist Türkiyəyə gəlib.
Yunanıstan, Ukrayna, Belçika, İsveç, Azərbaycan, Avstriya, İtaliya, Norveç, İspaniya, Çexiya, İsrail və Serbiya kimi ölkələrdən gələn turistlərin sayında da ciddi azalma müşahidə edilib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bank 1 milyard dollar itirdi
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyaları azalıb. BAKU.WS-in AMB-yə istinadla verdiyi məlumata görə, baş bankın valyuta ehtiyyatları 8,5 milyarddan...