Azərbaycan devalvasiyadan 50 milyon itirə bilər
Çin Mərkəzi Bankının (PBOC) yuanı 3 gündə 4,6% ucuzlaşdırması dünya bazarlarında şok effekti yaradıb.
BAKU.WS-in məlumatına görə, PBOC bu addımın tək səfərlik olduğunu və Çin iqtisadiyyatının güclü təməlləri olduğu üçün yuanda daha çox dəyər itkisinə
gərək olmadığını bildirib. Ancaq "Reuters"in Çin hökumətindəki gizlə mənbədən əldə etdiyi məlumata görə, yuanın ümumilikdə 10% civarında ucuzlaşacağı gözlənilir. Çin hökuməti daxilindəki bəzi qüvvələr yuanın dəyərinin azaldılması ilə bağlı təzyiqlərə başlayıblar.
Lakin PBOC yuana hələlik dəstək versə də iyul ayından bu yana iqtisadi göstəricilərin ürəkaçan olmaması ilin sonuna doğru Çin pulunun dəyər itkisi ilə qarşılaşacağına əsas verir.
Dünya mətbuatında sürətlə yayılan bu məlumatlar Azərbaycanı da narahat edir. Çünki Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) iyul ayının əvvəlindən Çin yuanı ilə investisiya qoyuluşuna başlayıb. Bu məqsədlə 2014-cü ildə Çinin Mərkəzi Bankından 3 milyard Çin yuanı (479 milyon dollar) həcmində investisiya üçün müvafiq lisenziya alınıb və adıçəkilən qurumla dövlət və agentliklərin istiqrazlarının alqı-satqısı və saxlanılmasına dair müqavilə imzalanıb. Bu ilin 1 iyul tarixindən isə Çin yuanında ilk investisiyalara başlanılıb.
500 milyon dolları yuanda saxlayan ARDNF Çin valyutasının 4,6%-lik ucuzlaşması ilə 22,5 milyon dollar itki ilə üzləşib. Son üç gündə baş verən proseslərin davam edəcəyi proqnozlaşdırılır. Əgər Çin ümumilikdə yuanda 10%-lik devalvasiyaya gedərsə o zaman, Azərbaycanın zərərləri 22,5 milyondan 50 milyon dollara kimi yüksələcək.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək
2025-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri Naxçıvan Muxtar Respublikasındakı eyni adlı...