Azərbaycanlı idmançı Türkiyə rekordunu qırdı

Azərbaycanlı idmançı Türkiyə rekordunu qırdı
İdman 1317

Azərbaycan əsilli türk atlet Ramil Quliyev Türkiyədə yeni rekord qırıb.

BAKU.WS-in məlumatına görə, özünə aid olan 200 metrə qaçışdakı rekordunu ikinci dəfə yeniləyən idmançı 19,88 saniyəyə finişə çatıb. Türkiyə Atletizm Federasiyasının yaydığı məlumatda bildirilir ki, Beynəlxalq Atletika Federasiyası (IAAF) tərəfindən Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "World Challenge" yarışlarında Ramil göstərdiyi nəticə ilə Türkiyə rekordunu qırıb. 

Türk atlet 200 metrdə bu ilin ən yaxşı 6-cı, bütün zamanların isə ən yaxşı 34-cü dərəcəsinə imza atıb. 

Ramil son olaraq Pekində keçirilən Dünya Çempionatında 200 metr seçmələrində 20.01-lik göstərici ilə Türkiyə rekordunu qırmışdı. Bu nəticə ilə finala çıxmış Ramil yarışı 6-cı sırada tamamlamışdı. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Tanınmış azərbaycanlı idmançıdan ölkəsinə ağır ittiham

Tanınmış azərbaycanlı idmançıdan ölkəsinə ağır ittiham

"Tamaşaçılar Usein Boltu bir ulduz kimi görür, amma mənim üçün yarışdığım digər atletlərdən heç bir fərqi yoxdur. Bu, bütün atletlər üçün belədir. Bolt ulduz bi...

4567 İdman 11:12 07 sentyabr 2015

Son xəbərlər