Ramil Usubovdan yeni əmr

Ramil Usubovdan yeni əmr
Hadisə 1858

Qusar rayonunda ictimai qaydanın qorunmasının, ictimai təhlükəsizliyin təmin edilməsinin səmərəsini artırmaq və vətəndaşların polisə müraciətlərini asanlaşdırmaq məqsədi ilə, rayon mərkəzindən uzaqlığını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə, Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edən ərazi polis bölməsi yaradılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 21-də həmin ərazidə inşa edilmiş ən müasir standartlara uyğun inzibati binanın açılışı olub. Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib, tapşırıq və tövsiyələrini verib. Ziya Səccad BAKU.WS

Oxşar xəbərlər

Zakir Həsənov Şoyqunun dəvətini qəbul etdi

Zakir Həsənov Şoyqunun dəvətini qəbul etdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Moskvaya gedib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata g...

2066 Sosial 20:00 15 avqust 2015

Son xəbərlər