Türkiyənin vurduğu rus təyyarəsinin pilotu türkmənlərin əlinə keçdi (FOTO, VİDEO)
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus SU-24 qırıcı təyyarəsi Türkiyə ilə sərhəddə vurulduqdan sonra pilotlardan ikisi də katapult edib.
BAKU.WS-in məlumatına görə, pilotlardan biri türkmənlər tərəfindən ələ keçirilib. Digər pilotdan isə hələlik məlumat yoxdur. Vurulan hərbi təyyarənin pilotlarını götürmək üçün bölgədə müşahidə aparan iki vertolyotun enişinə isə türkmən silahlı birləşmələri icazə verməyib.
Xatırladaq ki, bu gün Türkiyəyə məxsusu F-16-lar hava məkanını pozan hərbi təyyarəni Suriya sərhədindəki Kızıldağ bölgəsində vurub.
Türkiyə Prezident Administrasiyasından açıqlanan rəsmi məlumata görə, Su-24 tipli təyyarə Rusiya Hərbi Hava Qüvvələrinə məxsusdur.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə Rusiya qırıcısını vurdu (VİDEO)
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus SU-24 qırıcı təyyarəsi Türkiyə ilə sərhəddə vurulub. BAKU.WS-in məlumatına görə, Türkiyəyə məxsusu F-16-ların hava məkanı...