Türkiyə qırıcılara görə Rusiyaya nota verdi
Rusiya hərbi təyyarələri Türkiyəyə məxsus hava məkanını pozub.
BAKU.WS-in məlumatına görə, Türkiyənin Xarici İşlər Nazirliyi bu faktı rəsmi olaraq təsdiq edib və Rusiyaya nota verib.
Rusiya Hərbi Hava Qüvvələrlərinin təyyarəsi Suriya sərhədinə yaxın Türkiyənin hava məkanında müşahidə edilib. Hadisə 3 oktyabr tarixində Türkiyənin Hatay bölgəsində yerli vaxtla 12:08-də qeydə alınıb. Təyyarələrin ələ keçirməsi üçün Türkiyə iki "F-16S"ini havaya qaldırıb. Yalnız bundan sonra Rusiya təyyarələri hava məkanını tərk ediv və Suriyaya tərəf yollanıb.
Türkiyənin Xarici İşlər Nazirliyində bildirdilər ki, hadisə ilə bağlı Rusiya məsuliyyət daşıyır. Hadisənin baş vermə səbəblərini müəyyən etmək üçün Rusiya səfiri XİN-ə çağrılıb.
BAKU.WS
Oxşar xəbərlər
İŞİD-lə bağlı şok iddia: terrorçular ailələrini götürüb qaçır
İŞİD terror təşkilatı Suriyanın Rakka şəhərinə həyata keçirilən hava hücumlarından sonra ailələrini başqa bölgəyə köçürməyə başlayıb. BAKU.WS-in məlumatına g...