İran Türkiyəyə nota verdi

İran Türkiyəyə nota verdi
Siyasət 1250

Rəsmi Tehran Türkiyədə PKK-nın hücumuna məruz qalan tır və avtobuslarının daha ciddi şəkildə qorunması üçün Ankaraya nota verib.

BAKU.WS-in məlumatına görə, məsələ ilə bağlı Türkiyənin Tehran səfiri Rza Hakan Tekin Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfi vətəndaşların və nəqliyyat vasitəsilərinin Türkiyə torpaqlarında hücuma məruz qalmasından narahatlıq duyduqlarını və Ankaradan daha ciddi tədbirlər görməsini tələb ediblər.

Qeyd edək ki, iyul ayının sonlarından bu günə qədər İrana aid doqquz TIR və bir sərnişin avtobusu PKK terror təşkilatının hücumuna məruz qalıb. Bu hücumlarda bir İran vətəndaşı həyatını itirib.

Tehran rəhbərliyi həmçinin, Ankara-Tehran qatarının PKK tərəfindən hücuma məruz qalmasınna görə iki ölkə arasındakı qatar səfərlərini təxirə salıb.

Ayşən Ayxan

BAKU.WS

Oxşar xəbərlər

Yarıçılpaq İran qızları (FOTO)

Yarıçılpaq İran qızları (FOTO)

Sosial şəbəkələrdə İranlı qadınların cazibədar fotoları yayılıb. BAKU.WS-in məlumatına görə, daha çox sərt qanunları ilə bilinən İranda varlı gənclərin həyatı...

16842 Şou-biznes 16:58 20 avqust 2015

Son xəbərlər