Rusiya Suriyada hərbi əməliyyatlara başladı

Rusiya Suriyada hərbi əməliyyatlara başladı
Siyasət 1179

Rusiya ordusu Suriyada hava əməliyyatlarına başlayıb.

 

BAKU.WS məlumat verir ki, bu haqda məlumatı ABŞ rəsmiləri açıqlayıb. Bildirilib ki, Rusiyanın Humus yaxınlığında ilk hava əməliyyatını reallaşdırıb. 

Rusiya xəbər agentliklərində də bu haqda məlumatlar yer alıb. İlkin məlumata görə, Rusiya Duması dövlət başçısı Vladimir Putinin Suriyada İŞİD-ə qarşı döyüşə qoşulma tələbini təsdiqləyib. Duma Rusiya Silahlı Qüvvələrinə Suriyaya daxil olmaq səlahiyyəti verib.

Kreml administrasiyasının rəhbəri Sergey İvanov rus əsgərlərin Suriyada keçiriləcək hava əməliyyatlarında iştirak edəcəyini açıqlayıb. İvanov açıqlamasında Suriya lideri Bəşər Əsədin Rusiyadan kömək istədiyini də bildirib:

"Suriya prezidentinin bizim ölkəmizin dövlət başçısına hərbi yardım edilməsini xahiş etdiyini bildirmək istəyirəm. Terrorla mübarizə aparılması üçün güclərimizi birləşdirməyimiz lazım idi. Eyni zamanda beynəlxalq qaydalara riayət edərək bunu edəcəyik" - deyə İvanov bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Dünyanı qorxudan Rus silahları (FOTO, VİDEO)

Dünyanı qorxudan Rus silahları (FOTO, VİDEO)

Gürcüstan, Ukrayna və Suriyada İŞİD-lə kəllə-kəlləyə gələn Rusiya dünyanı heyrətə salacaq silahlarını üzə çıxarıb. BAKU.WS-in məlumatına görə, Rusiya Hərbi Hav...

2542 Şou-biznes 14:18 23 sentyabr 2015

Son xəbərlər