İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar ələ keçirildi

İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar ələ keçirildi
Hadisə 2129

Türkiyənin Hatay şəhərindən Suriyaya keçməyə çalışan 21-dən çox şəxs saxlanılıb. 

BAKU.WS-in məlumatına görə, sərhəddə təhlükəsizliyi təmin etmək məqsədi ilə gecə-gündüz mübarizə aparan türk əsgərləri bu ilin əvvəlindən iyul ayının sonuna qədər Türkiyədən Suriyaya keçməyə çalışan onlarla insanları ələ keçirib. 

Sərhədi qeyri-qanuni keçərək terror təşkilatı İŞİD-ə qatılmaq istəyənlər arasında İngiltərə, İraq, Şərqi Türkistan, Çin, Küveyt, Fələstin, Rusiya, İtaliya, Livan, Bolqarıstan və Azərbaycan vətəndaşı olduğu təsbit edilən şəxslər olub. Həmin şəxslər saxlanıldıqdan qısa müddət sonra sərhəddən xaric edilib.

Bununla yanaşı, Suriyadan Türkiyəyə keçmək istəyən 150-si türk, 5 min 500 Suriya vətəndaşının ölkəyə qeyri-qanuni girişinin qarşısı alınıb. 

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Fahişələrin vurğunu olan "Qanuni oğru" öldü

Fahişələrin vurğunu olan "Qanuni oğru" öldü

Bu gün səhər saatlarında tanınmış MDB məkanında tanınan "Qanuni oğru”lardan biri ölüb. BAKU.WS-in məlumatına görə, erməni əsilli Karlen Tovmasyan 87 yaşında öl...

5309 Hadisə 18:09 18 avqust 2015

Son xəbərlər