Putin səfərbərlik əmri verdi: 150 minlik ordu toplanır

Putin səfərbərlik əmri verdi: 150 minlik ordu toplanır
Hadisə 4912

Rusiya prezidenti Vladimir Putin 150 minə yaxın Rusiya vətəndaşının orduya çağırılması barədə göstəriş verib.

BAKU.WS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat verib. 

Putinin verdiyi fərmana əsasən, 1 oktyabr-dan 31 dekabra kimi hərbi xidmətə 147,1 min şəxsin hərbi xidmətə çağırışı həyata keçiriləcək.

Rusiyanın ordu sıralarına 18-27 yaş qrupuna aid vətəndaşlar səfərbər ediləcək.  

Qeyd edək ki, Rusiya Suriyada hərbi əməliyyatlara başlayıb. İŞİD terror təşkilatının bazalarını hədəf alan Rusiya ordusu çox sayda əraziyə havadan bomba yağdırıb.

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Rusiya Suriyada hərbi əməliyyatlara başladı

Rusiya Suriyada hərbi əməliyyatlara başladı

Rusiya ordusu Suriyada hava əməliyyatlarına başlayıb. BAKU.WS məlumat verir ki, bu haqda məlumatı ABŞ rəsmiləri açıqlayıb. Bildirilib ki, Rusiyanın Humus yax...

1179 Siyasət 18:00 30 sentyabr 2015

Son xəbərlər