Putin dənizin dibinə endi (FOTO, VİDEO)
Rusiya Federasiyasının prezdenti Vladimir Putin batan tarixi Bizans gəmisini görə bilmək üçün Qara dənizin Krım sahillərində batiskafla dənizin dibinə enib.
BAKU.WS-in məlumatına görə, Krım səfəri çərçivəsində Putin, Rusiya Coğrafiya Cəmiyyəti ilə birlikdə Sivastopolda 83 metr dərinliyə enərək, tarixi gəminin dağıntıları üzərində araşdırmalar aparıb.
Sahilə çıxan Rusiya prezidenti jurnalistlərin suallarını da cavabladırıb. Bir jurnalistin "Sizin üçün hansı daha yaxşıdır: suyun altı, yoxsa üstü?" sualına Putin, "Təbii ki evdə olmaq daha yaxşıdır" cavabını verib.
Putin dənizin altında gördüyü mənzərələri jurnalistlərlə paylaşıb: "Çox maraqlı şeylər gördüm. Araşdırılması lazım olacaq şeylər. Bu cür əsərlər Şimali Qara dəniz sahillərində çox deyil. 10-cu və ya 11-ci əsrlərə aiddir. Bu dövrdə Rusiya dövləti Bizans və başqa ölkələrlə əlaqələrini gücləndirirdi" - deyə o bildirib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Rus hərbi gəmiləri Bakı sahillərini tərk etdi (FOTO)
Rusiya Federasiyasının hərbi gəmiləri Bakı sahillərini tərk edib. Müdafiə Nazirliyinin mətbuat xdmətindən BAKU.WS-ə verilən məlumata görə, Rusiya Federasiyası...