Rusiya İŞİD-in bazasını belə havaya uçurur (VİDEO)
Ötən gün Rusiyanın Hərbi Kosmik Qüvvələri Suriya ərazisində yerləşən İŞİD terrorçularının yerləşdiyi mövqeyləri bombardıman edib. BAKU.WS-in məlumatına görə, ruslar terrorçuların 60 obyektini yerlə-yeksan edib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, zərbələr İŞİD qüvvələrinin Rakka və Hələb şəhərində yerləşən möveylərinə endirilib. Xatırladaq ki, Rusiya Hərbi Hava Qüvvələri sentyabrın 30-da İŞİD-in Suriyadakı mövqelərini bombalamışdı. Oktyabrın 7-də isə Rusiyanın hərbi döyüş gəmiləri Suriyada İŞİD mövqelərinə zərbələr endirib. həmlə rusların Xəzər dənizindəki gəmilərindən edilib. Bu barədə Rusiya prezidenti Vladimir Putinə müdafiə naziri Sergey Şoyqu deyib. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Rusiyanın Xəzərdən atdığı raketlərin İrana düşməsi xəbəri yayıldı
İran Rusiya raketlərinin ölkə ərazisinə düşməsi xəbərlərini təkzib edib. BAKU.WS-in məlumatına görə, bu barədə İran Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikd...