Rusiya İŞİD-i Xəzər dənizindəki gəmilərindən belə vurur (VİDEO)

Rusiya İŞİD-i Xəzər dənizindəki gəmilərindən belə vurur (VİDEO)
Video
Hadisə 2734

  Rusiyanın hərbi döyüş gəmiləri Suriyada İŞİD mövqelərinə zərbələr endirib. BAKU.WS-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, həmlə rusların Xəzər dənizindəki gəmilərindən edilib. Bu barədə Rusiya prezidenti Vladimir Putinə müdafiə naziri Sergey Şoyqu deyib.

Rusiya başçısının sözlərinə görə, İŞİD mövqelərinə Rusiya Federasiyası hərbi gəmilərininXəzər dənizi akvatoriyasındanendirdiyi zərbələr yüksək səviyyədə dəqiq silahlardan istifadə olunmaqla endirilib. Zərbələr nəticəsində bütün hədəflər məhv edilib. Qeyd edək ki, bir az əvvəl Sergey Şoyqu bildirib ki, Rusiya İŞİD-in mövqelərinə 26 raket zərbəsi endirib. Əməliyyatda Rusiyanın 4 hərbi gəmisi iştirak edib. Xatırladaq ki, Rusiya İŞİD-ə qarşı əməliyyatı ötən həftə başlayıb. İlk öncə Rusiya İŞİD-in mövqelərinə qırıcılarla zərbə endirməyə başlayıb.

Ziya Səccad

BAKU.WS

   

Oxşar xəbərlər

Rus ordusu İŞİD-in hərbi bazalarını belə bombalayır (VİDEO)

Rus ordusu İŞİD-in hərbi bazalarını belə bombalayır (VİDEO)

Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri İŞİD terror təşkilatının bazalarına zərbələr endirməyə davam edir. BAKU.WS-in Rusiya Müdafiə Nazirliyinə istinadla...

2967 Hadisə 15:29 05 oktyabr 2015

Son xəbərlər