Jirinovski: "Türkiyəni ermənilərin əli ilə cəzalandırmalıyıq" (VİDEO)

Jirinovski: Türkiyəni ermənilərin əli ilə cəzalandırmalıyıq (VİDEO)
Video
Siyasət 2629

 

"Türkiyə məsələsini başqa əllər vasitəsilə həll etmək lazımdır. Ermənilər türklərə nifrət edir, əgər biz onlara qərb ərazilərini azad etməyə icazə versək, onlar məmnuniyyətlə torpaqlarını azad edəcəklər".

BAKU.WS-in məlumatına görə, bunu Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski söyləyib. O bildirib ki, əgər Rusiya imkan versəydi ermənilər bunu 1918-ci ildə edərdilər, ancaq onda Moskva kömək etmədi və Türkiyənin tərəfinə keçdi.

"Kürdlər bizim köməyimizi gözləyirlər. Əgər biz kürdlərə desək ki, sizin müstəqilliyinizi tanıyırıq o zaman paytaxtı Diyarbəkir olan müstəqil Kürdüstan yaranacaq. Beləliklə də Şərqi Anadoluda yeni dövlət mövcud olacaq. Bununla yanaşı, biz Böyük Ermənistanın yaranmasına da şərait yaradacağıq", - deyə Jirinovski bildirib.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər