Jirinovski: "Azərbaycan heç nədən qorxmur"

Jirinovski: Azərbaycan heç nədən qorxmur
Siyasət 1313
 

Seçkilər Media Mərkəzi - Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Secki-2015.az saytına müsahibə verib.

BAKU.WS Jirinovskinin müsahibəsini təqdim edir:

-Siz Azərbaycanla Rusiya arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycanla Rusiya arasında münasibətlərin bugünkü səviyyəsini yüksək qiymətləndirirəm. Məlumdur ki, noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Əminəm ki, bu seçkilərdə hakim Yeni Azərbaycan Partiyası qalib olacaq. Biz Azərbaycanda çoxlu sayda demokratik namizədləri görürük, hansı ki, Avropa ölkələrinin çoxunda bu, yoxdur. Bəzi politoloqlar bildirir ki, guya seçki kampaniyası çox sönük keçir. Mən başa düşmürəm, bəlkə kampaniya stadionda azarkeş kütləsinin iştirakı ilə keçirilməlidir? Seçkilər siyasi xarakter daşıyır, insanlar sakit tərzdə evdə oturur, öz işi ilə məşğuldur. Burada hansısa qarşıdurma olmamalıdır. Azərbaycanda müxalifət mövcuddur, Yaxın Şərqdəki hadisələr düzgün qiymətləndirilir, həmçinin cəmiyyət hakimiyyətin ətrafında düzgün birləşib. Rusiyada Azərbaycan hakimiyyətinə böyük hörmətlə yanaşılır. Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevə böyük hörmət var, biz onu və onun atası ulu öndər Heydər Əliyevi yaxşı tanıyırıq.

Azərbaycandakı sabitlik və firavanlıq bütün postsovet ölkələri üçün nümunə ola bilər. Azərbaycandakı vəziyyət bir növ Rusiyanı xatırladır. Bizdə də hakimiyyət prezidentin, eləcə də mərkəzi və regional parlamentdə böyük səs çoxluğu qazanmış iqtidaryönlü partiyanın əlində cəmləşib. Bu, bir növ müqavilə növüdür. Hakimiyyət və sabitliyin mübadiləsi. Biz bir çox ölkələrdə, məsələn Ukraynada baş verənləri - inqilabı, "Meydan” hadisələrini görürük. Bütün bunlar çox təhlükəlidir və Azərbaycana lazım deyil.

 - Qərb hər dəfə seçkiöncəsi Azərbaycana təzyiq etməyə cəhd  göstərir…

- Bəli, biz Qərbin seçkiöncəsi təzyiqlərini, keçirdiyi seminarları, tənqidlərini görürük. Bu, yolverilməzdir.  Hüquq müdafiəçiləri də öz oyunlarını oynamaq istəyirlər. Praktik olaraq, bu, son illər Rusiyada baş verən hadisələrin təkrarıdır. Azərbaycanın öz müstəqil siyasətini yürütmək haqqı var.

 - Bəlkə Qərb bu yolla nəyəsə nail olmağa can atır?

- Azərbaycan heç nədən qorxmur, viza qadağaları ilə müəyyən məhdudiyyətlərin Azərbaycana heç bir təsiri olmayacaq. Azərbaycan hakimiyyəti Qərbin istənilən təzyiqlərinə sərt cavab verir. Heç kim Azərbaycanda hansısa "Meydan” təşkil etməyə nail olmayacaq. Onlar bunu etmək istədilər, bu çirkin işlərə cəlb edə bildikləri bir neçə gəncin həyatını məhv etdilər. Bu məqsədlə QHT-lər üçün milyonlarla dollar xərclədilər, "beşinci kolon” yaratdılar. Sabitliyi pozmağa cəhd etdilər, müəyyən dairələrdən olan insanları hakimiyyətə gətirməyə çalışdılar. Amma Azərbaycan prezidenti bütün bunları gördü və ölkənin inkişafına mane olmaq istəyənlərə layiqli cavab verdi. Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər var. Azərbaycan da Rusiyanın vacib tərəfdarıdır. Dünyada neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda ÜDM 6 faiz artıb. Bu, qeyri-neft sektorunun inkişafı hesabına mümkün olub.

 Azərbaycanla Rusiyanın birgə maliyyələşdirdiyi investisiya layihələri mövcuddur. Rusiya vətəndaşlarının Azərbaycana, bu ölkənin prezidentinə və zəhmətkeş xalqına çox yaxşı münasibəti var. Bu, MDB ölkələri üçün nümunə olmalıdır. Azərbaycanın uğurları bizi sevindirir. İnanırıq ki, Azərbaycanda seçkilər sakit, normal şəraitdə keçəcək. Növbəti həftə Azərbaycanda yeni parlament formalaşacaq və bizim ölkələrimiz arasında münasibətlər bundan sonra da sabit şəkildə inkişaf edəcək.

 - Azərbaycandakı sabitliyi pozmaq üçün Qərb tərəfindən hansısa cəhdlər olacaqmı?

- Əlbəttə, Qərb Azərbaycana heç olmasa Gürcüstandakı qədər təsir göstərmək istədi. Amma biz bu təsirin nəticələrini gördük. Saakaşvili hakimiyyəti itirdi və vətəndaşların əksəriyyəti bundan narazıdır. Biz Ukraynadakı vəziyyəti də görürük. "Meydan” hadisələrini dəstəkləyənlərin hamısı məyus və narazıdırlar. Prezident, parlament və vətəndaşların əksəriyyəti daxili siyasətə müdaxilə etmək və sabitliyi pozmaq cəhdlərinin qarşısını qətiyyətlə alacaqlar. Prezident seçkilərin sakit şəraitdə keçməsi üçün əlindən gələni edəcək və noyabrın 2-də insanlar təmiz vicdanla işə yollanacaqlar və hər şeyin qaydada olduğunu, parlamentin mövcudluğunu və sabitliyi pozmaq cəhdlərinin uğursuzluqla nəticələnəcəyini biləcəklər. Azərbaycan ərazisində hər şey qaydasında olacaq.

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda səsverməni izləməkdən imitina etdi. Bu haqda nə deyə bilərsiniz?

 - Bəzi ölkələr, beynəlxalq təşkilatlar, ATƏT, Avropa İttifaqı nümayəndələri bəzi hallarda seçkilərə qatılmırlar.  Onlar burada nöqsan tapmamaqdan qorxurlar.  Azərbaycan onlara əhəmiyyət verməməlidir. Qərb ölkələrində, o cümlədən ABŞ-da kifayət qədər çatışmazlıqlar var. Orada insanlar təqib olunur, çoxlu sayda toqquşmalar baş verir. Qoy onlar öz bildikləri kimi etsinlər. Hansısa beynəlxalq müşahidəçinin seçkilərdə iştirak etməməsi nə vəziyyətə, nə də Azərbaycan sakinlərinin xoş əhval-ruhiyyəsinə təsir etməyəcək.

BAKU.WS

Oxşar xəbərlər

Jirinovski: “Əminik ki, YAP qələbə qazanacaq”

Jirinovski: “Əminik ki, YAP qələbə qazanacaq”

"Seçkilər" Media Mərkəzi - Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Secki-2015.az saytına müsahibə verib. BAKU.WS xəbər verir ki, ilk...

1348 Siyasət 23:02 27 oktyabr 2015

Son xəbərlər