Jirinovski SSRİ-nin sabiq prezidentini məhkəməyə verdi

Jirinovski SSRİ-nin sabiq prezidentini məhkəməyə verdi
Siyasət 1207

Rusiya Dövlət Duması sədrinin müavini Vladimir Jirinovski SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçovu məhkəməyə verib.

V.Jirinovskinin iddiasına görə, M.Qorbaçovun 2014-cü ildə dərc edilmiş "Kremldən sonra” ("После Кремля”) kitabında o, ekstremist və təhrikçi kimi qələmə verilib.

Bununla əlaqədar, Rusiya Liberal-Demokratlar Partiyasının sədri V.Jirinovski M.Qorbaçova qarşı "şərəf, ləyaqət və işgüzar reputasiyanın müdafiəsi” ilə bağlı iddia irəli sürüb. O, həmçinin kitabın müəllifindən təkzib verməyi və mənəvi ziyana görə bir milyon rubl məbləğində cərimə ödəməyi tələb edir.

AZƏRTAC

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanın tanınmış generalı vəfat etdi

Azərbaycanın tanınmış generalı vəfat etdi

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusif-zadə vəfat edib. BAKU.WS-in məlu...

2626 Hadisə 11:10 30 sentyabr 2015

Son xəbərlər