Bank "AST Telman"dan 213 milyon dollar tələb edir
VTB qrupuna daxil olan "Moskva bankı" biznesmen Telman İsmayılovun "KBF ASTA" MMC şirkəti haqqında Moskva arbitraj məhkəməsinə iddia verib.
BAKU.WS-in məlumatına görə, "Moskva bankı" AST qrupuna daxil olan şirkətdən 213 milyon dollar pul tələb edir.
Arbitaj məhkəməsinə 14 iyulda daxil olan iddia tələblərinin əsası hazırda məlum deyil. İddia üzrə ilkin dinləmələr 24 avqusta təyin edilib. İş üzrə üçüncü tərəf kimi "Ruslayn 2000" MMC cəlb edilib.
"Moskva bankı" cavabdehin əmlakının həbsi şəklində təminedici ölçülərin qəbul edilməsi haqqında ərizə verib. Ancaq məhkəmə iddiaçının xahişini əsassız hesab edib.
Qeyd edək ki, AST şirkətlər qrupuna nəzarət edən və Rusiyanın ən zəngin biznesmenlərinin reytinqinə daxil olan sahibkar Telman İsmayılov 2009-cu ildən Rusiyada fəaliyyəti ilə bağlı çətinliklərlə rastlaşıb. Hüquq-mühafizə orqanları azərbaycanlı sahibkara qarşı genişmiqyaslı iddialar irəli sürüb. İş adamının topdan satış ticarətinin mərkəzin olan Çerkizovsk bazarı da çox saylı iddialardan sonra bağlanmışdı.
Oxşar xəbərlər
“Bandotdel” daha bir iş adamını həbs etdi
Mingəçevir "İzolit” ASC Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mehman Mehdiyev həbs olunub. BAKU.WS xəbər verir ki, bu barədə aznews.az-a açıqlamasında vək...