Azərbaycan Fransanın dövlət kanalını məhkəməyə verəcək
Azərbaycan "France 2" dövlət telekanalına qarşı iddia irəli sürmək niyyətindədir.
BAKU.WS-in məlumatına görə, Fransa dövlət kanalında jurnalist araşdırmasının yayımlanmasından sonra belə bir qərar qəbul edilib. Hazırlanan "araşdırma"da Azərbaycana şər və böhtan xarakterli ifadələr səsləndirilib.
Azərbaycan tərəfinin vəkili Prado Olivyesi bildirib ki, 8 sentyabr tarixində "Cash Investigation" proqramında Azərbaycanla bağlı sujet hazırlanıb. Onun sözlərinə görə, jurnalistlər "Eliz Lyus və Loran Rişar bütün yayım boyu Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüblər.
Prado Olivyesinin sözlərinə görə, Azərbaycan bu cür şər-böhtanlara daha dözmək niyyətində deyil və əsassız ittihamlar irəli sürənləri məhkəməyə verəcək
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda yeni TV və radio yaradıldı
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. BAKU.WS-in məlumatına görə, bu barədə MTRŞ-dan APA-ya bildirilib. Verilən məlumata...