Şuşanı işğal etmiş erməni general: "Azərbaycan böyük müharibəyə hazırlaşır"
Şuşanı işğal etmiş erməni generalı Arkadi Ter-Tadevosyan Azərbaycana qarşı təhdid dolu sözlər söyləyib.
BAKU.WS-in məlumatına görə, "səhra tülküsü" ləqəbli erməni general-mayor Azərbaycanın irimiqyaslı müharibəyə hazırlandığını bildirib. Onun sözlərinə görə, sərhəddə vəziyyətin belə kəskinləşməsi geniş beynəlxalq rezonansı doğurub.
Erməni generalı hesab edir ki, əgər müharibə başlansa Ermənistan Azərbaycan neft borularına raket zərbələri endirəcək və nəticədə Azərbaycan müharibəni uduzacaq. Ermənistanda boru və başqa obyekt olmadığını deyən general qəfildən barmağını dişdiyərək Atom Elektrik Stansiyasının olduğunu yadına salıb. Arkadi Ter-Tadevosyan bildirib ki, əgər kimsə AES-i vursa burdan Ermənistan ciddi zərər görəcək.
Erməni general ATƏT-in Minsk Qrupunun fəaliyyətində də danışıb. O bildirib ki, Minsk Qrupunun Ermənistan və Azərbaycan arasındakı indiki ziddiyyətlərin həllini tapmaq üçün verdiyi bəyanatları bizi qane etmir: "Minsk Qrupu kiminsə tərəfində durmaq istəmir. Azərbaycan Minsk qrupunun formatını dəyişdirmək və yeni formata Türkiyəni daxil etmək istəyir, amma bu mümkün deyil. Bizim regionumuzda sülh Minsk qrupundan asılıdır. Türkiyənin Minsk Qrupuna daxil edilməsi Ermənistan üçün əlverişsiz şərait yaradar".
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı
Çinin paytaxtı Pekində Milli İncəsənət Muzeyində təşkil olunan 6-cı Pekin İncəsənət Sərgisində ermənilərin Azərbaycana qarşı təxribatının qarşısı alınıb. Azərb...