Putindən Ərdoğana : "Bu arxadan xaincəsinə vurulan zərbədir" (VİDEO)

Putindən Ərdoğana : Bu arxadan xaincəsinə vurulan zərbədir (VİDEO)
Video
Siyasət 1465

 

"Rusiya Türkiyəni terrorçuluğa qarşı mübarizədə tərəfdaş və müttəfiq kimi görürdü. Su-24 təyyarəsinin vurulması bu sağlam düşüncəyə ziddir". 

BAKU.WS-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin söyləyib. O, Türkiyə tərəfindən "arxadan xaincəsinə vurulan zərbəni" tamamilə anlaşılmaz hesab edir.

"Biz terrorçuluğa qarşı mübarizədə müttəfiqimiz olan ölkələrin bu addımını arxadan xain zərbə hesab edirik. Mən türk hərbi hava qüvvələri tərəfindən Rusiya bombardmançısının vurulması hadisəsini nəzərdə tuturam", - deyə Kremldə səfirlərin etimadnamələrin verilməsi mərasimindən sonra Putin söyləyib. 

Prezident əminliklə bildirib ki, Türkiyə Rusiya Federasiyası ilə münasibətləri şüurlu şəkildə dalana dirəyir: "İndiyə kimi nə Su-24-ə görə heç bir üzr istənilməyib, nə də Su-24-ə görə dəyən zərərin ödənilməsi haqqında təklif yoxdur", — deyə RF dövlət başçısı bildirib.

Putin bildirir ki, terrorizmə qarşı çıxmamaq, mübarizə aparmamaq terrorçuluğa dəstək vermək və ya əlbir olma kimi qiymətləndirilməlidir. 

Xatırladaq ki, iki gün öncə Türkiyə F-16-ı hava məkanını pozan Rusiya SU-24 hərbi təyyarəsini vurub. Bu hadisədən sonra Rusiya-Türkiyə arasında münasibətlər gərginləşib.

Şahin Həbibov

BAKU.WS 

Son xəbərlər