Rusiyadan vurulan təyyarə ilə bağlı Türkiyəyə mesaj: "Dəqiq bir açıqlama gözləyirik"

Rusiyadan vurulan təyyarə ilə bağlı Türkiyəyə mesaj: Dəqiq bir açıqlama gözləyirik
Siyasət 1159

 

"Türkiyədən hərbi təyyarəmizin vurulması ilə bağlı dəqiq bir açıqlama gözləyirik. Türkiyəyə qarşı sanksiya tətbiq etməyi düşünmürük".

BAKU.WS-in məlumatına görə, bunu Kremlin sözçüsü Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Türkiyədən idxal olunan məhsullarına embarqo tətbiqi planlaşdırılmır.

Peskov bildirib ki, sanksiya tətbiq edilməyəcək, amma əlavə yoxlama tədbirlərini gücləndirəcəklər: "Türkiyənin gözlənilməz hərəkətləri qarşısında bu reaksiyalar təbiidir", - deyə Peskov əlavə edib. 

Rusiya artıq Türkiyədən kənd təsərrüfatı məhsullarının idxalına nəzarəti gücləndirib. Rusiya Federasiyası Rosselxoznadzora Türkiyədən kənd təsərrüfatı məhsullarının Rusiyanın sərhədində əlavə yoxlamaları təşkil etməyi tapşırıb. Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Aleksandr Tkaçovun sözlərinə görə, Rusiya dəfələrlə türk istehsalçıları tərəfindən normaların pozuntusu nəzərə alaraq gücləndirilmiş iş rejiminə keçib. Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi vəziyyəti təhlil edib və bu barədə Rusiya Federasiyasının hökumətinə məlumat verib:

"Təəssüf ki, Türkiyədən idxal olunan kənd təsərrüfatı məhsullarının orta hesabla 15%-i Rusiya standartlarına uyğun deyil. 2015-ci ilin əvvəlindən bu yana 40-dan çox mənşəyi məlum olmayan, qadağan edilmiş və tərkibində zərərli maddələr olduğu müəyyən edilmiş ət məhsulları aşkarlanıb. Hazırda 2 türk şirkətinin məhsulları ciddi olaraq yoxlanılır. 6 şirkətin məhsullarına isə artıq müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Meyvə-tərəvəz məhsullarında dastandertlara uyğun olmayan maddələr aşkarlanıb", - deyə Tkaçov bildirib.

Xatırladaq ki, iki gün öncə Türkiyə F-16-ı hava məkanını pozan Rusiya SU-24 hərbi təyyarəsini vurub. Bu hadisədən sonra Rusiya-Türkiyə arasında münasibətlər gərginləşib.

Şahin Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər